“Neftçi” bir ildən sonra özünə idman direktoru tapdı

18:00 16-12-2021 11

“Neftçi”nin yeni idman direktorunun kimliyi məlum olub.

milletinsesi.info-ın xəbərinə görə, bu, “Qəbələ”nin baş meneceri Zaur Əzizovdur.

Məlumatı “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev də təsdiqləyib:

“Bəli, belə bir məsələ üçün klub rəhbərliyi ilə Zaur bəy arasında danışıq olub. Ancaq məsələ hələ rəsmiləşməyib”.

Qeyd edək ki, Zaur Əzizovun “Neftçi”yə “transfer” olunacağını ilk olaraq sportinfo.az saytı yayıb.

Xatırladaq ki, Ceyhun Sultanovun ayrılmasından sonra “Neftçi”də menecerlik funksiyasını icra edən idman direktoru postu boş idi. Sultanov ötən ilin noyabrında “Neftçi”nin “Qarabağ”a 0:6 hesabı ilə uduzmasından sonra istefa verib.

Səbuhi Musayev