Azərbaycan Premyer Liqasında baş məşqçinin müqaviləsini pozdular

17:00 16-12-2021 4

“Sumqayıt” klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

milletinsesi.info xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.

Qeyd edək ki, “Sumqayıt” dünən öz meydanında “Keşlə”yə 1:3 hesabı ilə uduzub. Komanda son beş Premyer Liqa matçında qələbə qazana bilmir. Sumqayıt klubu hazırda 12 xalla yeddinci pillədədir.

Xatırladaq ki, Ayxan Abbasov 2018-ci ilin noyabrından “Sumqayıt”ın baş məşqçisi idi.

Səbuhi Musayev