Millimiz Avropa çempionatı öncəsi Belçika ilə oyun keçirəcək

16:00 16-12-2021 3

Futzal üzrə Avropa çempionatına hazırlıq məqsədi ilə Azərbaycan milli komandası yanvarda yoldaşlıq oyunu keçirəcək.

milletinsesi.info xəbər verir ki, komandamız Belçikanın Borxloon şəhərində meydan sahibi ilə qarşılaşacaq. Görüş yanvarın 17-də keçiriləcək.

Qeyd edək ki, millimiz Avropa çempionatının final mərhələsinin keçiriləcəyi qonşu Niderlanda məhz bu oyundan sonra yollanacaq.