İkiqat Azərbaycan çempionu ölkəni tərk edir - FOTO

16:00 16-12-2021 5

“Sabah” klubu qapıçısı Saşa Stamenkoviçlə yollarını ayırıb.

milletinsesi.info xəbər verir ki, 36 yaşlı qolkiper müqaviləsinə vaxtından öncə xitam verilməsi üçün klub rəhbərliyinə müraciət edib.

Serbiyalı oyunçunun müraciətinə müsbət cavab verilib. O bu gün keçiriləcək “Səbail”lə matçdan sonra komandadan ayrılacaq.

Qeyd edək ki, Saşa Stamenkoviç 2018-ci ildən paytaxt təmsilçisinin heyətində çıxış edib. Bu günə kimi 67 matçda (63 oyun Azərbaycan Premyer Liqasında, 4 oyun ölkə kubokunda) şans qazanan təcrübəli qolkiper bu sahədə klubun rekordçusudur. O, komandanın Premyer Liqaya vəsiqə qazandığı 2018/19-cu il mövsümündə 27, 2019/20-ci il mövsümündə 19, 2020/21-ci il mövsümündə 18, cari mövsümdə isə üç matçda meydana çıxıb.

Xatırladaq ki, Saşa Stamenkoviç “Neftçi” ilə iki dəfə Azərbaycan çempionu olub və bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.