Mətanət oğlunun elçiliyinə nəvəsini də aparıb? - VİDEO

15:04 16-12-2021 24

Əməkdar artist Mətanət İsgəndərlinin yeni boşanan oğlu Kərim üçün elçiliyə getməsi ilə bağlı fotolar yayılsa da, müğənni bunu inkar edib.

milletinsesi.info xəbər verir ki, Kərimin keçmiş həyat yoldaşı Canana özünün “Instagram” qızının görüntüsünü yayaraq, onun da elçilik mərasiminə aparıldığını bildirib.

“Hər kəs deyir təsadüfi addır. Verilişdə də elə deyib, amma bilin ki, mən heç nəyi yalan danışmıram. Kərimlə son danışığımızda dedi ki, elçi gedirik. Mən də dedim, Allah xoşbəxt eləsin, ancaq balalarımı ögey anaya verməyə görə həyata gətirməmişəm. Qaytar mənim uşaqlarımı. O isə dedi ki, onlar heç mənə lazım deyil, hakim özü elə qərar verdi. Dedim ki, o hakimin mənimlə nə qərəzliyi var? Uşaqlar olanların şahididir. Tuncay telefonla danışığımızda dedi ki, onsuz da Ayseli qəbul edən deyiləm. O mənim anam ola bilməz”.

Qeyd edək ki, Canana və Kərim oktyabrda rəsmi boşanıb. Məhkəmənin qərarına əsasən üç uşaq anadan alınaraq, ataya verilib.