Həkim uşaqlarda boy artımından danışdı

14:05 16-12-2021 3

“Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir”.

milletinsesi.info xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis - eksperti Erkin Rəhimov uşaqlarda boy artımın ən yüksək olduğu yaş aralıqları barədə danışarkən deyib.

Onun sözlərinə görə, boy artımı ən çox ana bətnində baş verir:

“Daha sonra boyun sürətlə artması iki yaşa qədər, xüsusən ilk 6 ayda baş verir. Və nəhayət, yeniyetmə dövründə boy artımı çox sürətlə gedir. Sümüklərin uzunluğu böyümə plastinaları – sümüyün epifiz adlanan sahələri hesabına böyüyür. Böyümə zonaları yoxa çıxdıqdan sonra insanın boyu daha artmır. Qızlarda boy artımı 14-15 yaşına, oğlanlarda isə 15-16 yaşına qədər davam edir. Nadir hallarda boy uzanması 23-25 yaşa qədər davam edir”.