Heroin satan şəxs Xızıda saxlanıldı - FOTO

14:05 16-12-2021 4

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Akif Heybətov saxlanılıb. Həmin şəxsin  üzərinə və yaşadığı evə baxış keçirilən zaman kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.