Rusiya baş nazirinin müavini: “Cənubi Qafqaz regionunda yolların açılması üçün hərtərəfli işlər görülür”

13:03 16-12-2021 11

“Cənubi Qafqaz regionunda yolların açılması istiqamətində hərtərəfli işlər görülür”.

“Report” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ADA Universitetində Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin perspektivlərinə həsr olunan konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indi Avropa iqtisadi birliyi vahid istehsalat və mal nəqli sisteminin qurulduğu ayrıca makroregiona çevrilir.

O bildirib ki, MDB ölkələrinin hər birinin iqtisadi inkişaf sürəti onun yerli xüsusiyyətindən asılıdır.