Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi seçildi

13:03 16-12-2021 6

Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

MOK-dan milletinsesi.info-a verilən məlumata görə, MOK-un onlayn formatda VIII Hesabat-Seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK-da digər vəzifələrin sahibləri bilinib.

İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova MOK-un vitse-prezidentləri seçilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev bu gün növbəti dəfə MOK-un prezidenti seçilib.

Səbuhi Musayev