İlham Əliyev yenidən Milli Olimpiya Komitəsinin prezidenti seçildi - FOTO

13:03 16-12-2021 3

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Hesabat-Seçki Baş Məclisi keçirilib.

MOK-dan milletinsesi.info-a verilən xəbərə görə, bu gün MOK-un onlayn formatda VIII Hesabat-Seçki Baş Məclisi keçirilib.

Əvvəlcə MOK-un İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib. Hesabat-Seçki Baş Məclisin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.

Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasilyeva və Ramil Hacı MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

İclasda MOK-un Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçilib.