Nikol Paşinyan: “Razılaşmalar regionda siyasi, iqtisadi, eləcə də təhlükəsizlik mühitini dəyişəcək”

13:02 16-12-2021 3

“Azərbaycanla dəmir yolunun tikintisi ilə bağlı əldə olunan razılaşmalar həyata keçiriləcəyi zaman regionda siyasi, iqtisadi, eləcə də təhlükəsizlik mühiti dəyişəcək”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

“Razılaşmaları qiymətləndirməmək mümkün deyil. Bu mühüm razılaşmadır və ümid edirəm ki, biz onu dəqiqliklə yerinə yetirəcəyik”, - deyə N.Paşinyan bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda bu məsələnin həllinə köklənmək lazımdır.

Ermənistanın baş naziri həmçinin gündəlikdəki ikitərəfli məsələlər barədə təmasların Azərbaycan Prezidenti İlham Əliyevlə davam etdirilməsi barədə razılıq əldə edildiyini söyləyib.

Nikol Paşinyan bildirib ki, tərəflər ümumi yanaşma və baxış bucağı formalaşdırmaq, həmçinin fikir ayrılıqlarını aradan qaldırmağa çalışacaqlar.

Mənbə: Sputnik Ermənistan