Mikayıl Cabbarov Azərbaycandakı iqtisadi mənzərədən danışdı - MÜSAHİBƏ + VİDEO

13:02 16-12-2021 5

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “CBC TV Azerbaijan” telekanalına müsahibə verib.

milletinsesi.info-ın məlumatına görə, nazir müsahibəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə Cənubi Qafqazda yaranan nəqliyyat və logistika imkanlarından, eləcə də bunun ölkəmiz və region ölkələri üçün iqtisadi faydasından bəhs edib.

Mikayıl Cabbarov Azərbaycanda ümumi iqtisadi mənzərədən danışarkən bildirib ki, ölkəmizin qeyri-neft sektoru sürətlə inkişaf edir və son üç ildə qeyri-neft sektorunda artımın ikirəqəmli olunduğunu vurğulayıb.

Nazir həmçinin Azərbaycanın qeyri-neft ixracında da əhəmiyyətli artımın əldə edildiyini qeyd edib.

Ölkədə nəqliyyat və logistika sahəsində görülən işlərdən danışan nazir əlavə edib ki, Azərbaycan son 20 il ərzində bu sahəyə böyük yatırımlar edib.

Mikayıl Cabbarov vurğulayıb ki, növbəti dövrdə şərq-qərb və şimal-cənub istiqamətlərində yeni kommunikasiya və nəqliyyat bağlantılarının formalaşması baxımından Zəngəzur dəhlizi böyük əhəmiyyət kəsb edəcək. O, bunun həm Azərbaycan iqtisadiyyatına, həm də region ölkələri arasında ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini deyib.