Bakı funikulyorunun fəaliyyəti bərpa edilib

12:00 16-12-2021 4

Bakı funikulyorunun fəaliyyəti 21 aydan sonra bərpa edilib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

“Pandemiyanın ilk günlərindən funikulyor fəaliyyətini dayandırmışdı. Bir müddətdir ki, yenidən fəaliyyətə başlayıb” - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Bakı funikulyoru 2020-ci ilin mart ayından bağlıdır.

Bakı funikulyoru ilk dəfə 1960-cı ildə mayın 5-də istifadəyə verilib. Sovet dövründə funikulyorun qatarları xüsusi sifarişlə Leninqrad (Sankt Peterburq) şəhərində hazırlanaraq Bakıya gətirilib. İki stansiyası olan funikulyorun stansiyalararası məsafəsi 455 metrdir. Cəmi iki vaqonu olan funikulyorda vaqonlar bir stansiyadan digərinə dörd dəqiqəyə çatır. Qatarlararası interval 10 dəqiqədir.

Funikulyorda gediş haqqı bir manatdır.