Ötən gün 10 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb

12:00 16-12-2021 10

Dekabrın 15-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 168 toy şənliyinin monitorinqini həyata keçirib.  

Monitorinq 166 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 4 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;  
- 10 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.