FHN hadisə yerinə operativ çatmaq üçün motosikletlər alıb

11:01 16-12-2021 8

“Magistral yollarda tıxaclar çoxdur. Ona görə də baş verən hadisələrə dərhal müdaxilə edə bilmək üçün motosikletlər almışıq”.

Bu fikirləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, ölkəmizdə obyektiv və subyektiv səbəblərdən qanunsuz tikililər var: “Bu səbəbdən də yanğınsöndürünlərin əraziyə daxil olmasında çətinliklər yaranır. Məsələ ilə bağlı müvafiq qurumlara işlər aparılır”.