Millimizin rəqibləri müəyyənləşir: Türkiyə yığması yenidən Bakıya gələ bilər

11:00 16-12-2021 5

Bu gün UEFA Millətlər Liqasında növbəti – 2022/2023 mövsümünün püşkü atılacaq.

milletinsesi.info xəbər verir ki, İsveçrənin Montrö şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Püşkatma zamanı Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək. C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv püşkatmaya 3-cü səbətdən qatılacaq. Burada komandamıza rəqib kimi qardaş Türkiyə millisi də düşə bilər

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.

A Liqası

1-ci səbət: Fransa, İspaniya, İtaliya, Belçika

2-ci səbət: Portuqaliya, Niderland, Danimarka, Almaniya

3-cü səbət: İngiltərə, Polşa, İsveçrə, Xorvatiya

4-cü səbət: Uels, Avstriya, Çexiya, Macarıstan

B Liqası

1-ci səbət: Ukrayna, İsveç, Bosniya və Herseqovina, İslandiya

2-ci səbət: Finlandiya, Norveç, Şotlandiya, Rusiya

3-cü səbət: İsrail, Rumıniya, Serbiya, İrlandiya

4-cü səbət: Sloveniya, Monteneqro, Albaniya, Ermənistan

C Liqası

1-ci səbət: Türkiyə, Slovakiya, Bolqarıstan, Şimali İrlandiya

2-ci səbət: Yunanıstan, Belarus, Lüksemburq, Şimali Makedoniya

3-cü səbət: Litva, Gürcüstan, Azərbaycan, Kosovo

4-cü səbət: Qazaxıstan/Moldova, Kipr/Estoniya, Cəbəllüttariq, Farer adaları

D Liqası

1-ci səbət: Qazaxıstan/Moldova, Kipr/Estoniya, Lixtenşteyn, Malta

2-ci səbət: Latviya, San Marino, Andorra

Millətlər Liqasının təqvimi

I tur: 2-4 iyun

II tur: 5-8 iyun

III tur: 9-11 iyun

IV tur: 12-14 iyun

V tur: 22-24 sentyabr

VI tur: 25-27 sentyabr

Final mərhələsi: 14-18 iyun 2023-cü il.