51 yaşlı kişi hücuma məruz qalıb

10:00 16-12-2021 13

Bakıda döyülmə hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Tahir Yaqub oğlu tanıdığı 4-5 şəxs tərəfindən döyülüb.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qabırğanın sınığı, burunun yumşaq toxumalarının və döş qəfəsinin əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.