Özünü qatarın altına atan qadın sağ qaldı – ANBAAN VİDEO

04:00 16-12-2021 5

İstanbul şəhərinin Şişli rayonunda özünü metro qataranın altına atan qadın sağ qalıb.

Hadisə anbaan metronun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə platformada qatar gözləyən qadının qəfildən özünü relslərin üzərinə atması əks olunub.

Maraqlıdır ki, qadın bir neçə saniyə sonra heç nə olmamış kimi relslərin altından çıxıb və təhlükəsizlik işçisinin yardımı ilə metrostansiyanı tərk edib.  

İlkin müayinə nəticəsində qadının psixoloji problemlərdən əziyyət çəkdiyi məlum olub.

Mənbə: “İhlas Haber Ajansı” (İHA)