“Mançester Yunayted”də epidemiya: 19 COVID xəstəsi aşkarlandı

01:00 16-12-2021 12

“Mançester Yunayted”də koronavirus tüğyan edir.

Artıq futbolçular və klubun əməkdaşları olan 19 nəfərin test nəticələri müsbət çıxıb.

Klubdan verilən məlumata görə, onların hamısı təcrid olunub.

Bu səbəbdə də mankunianlar Premyer Liqaya şənbə günü “Brayton”la oyunu təxirə salmaq barədə müracitə ediblər. Belə ki, qarşı tərəfdə də COVID-ə yoluxma  faktları müəyyən edilib.

Qeyd edək ki, “Tottenhem” və “Lester” də Premyer Liqanın 17-ci turunun cümə axşamı günü keçirilməsi planlaşdırılan matçının təxirə salınmasını istəyib, lakin rədd cavabı alıb.

Mənbə: sports.ru