Brüsseldə Azərbaycana dəstək aksiyası keçirilib

23:01 15-12-2021 3

Brüsseldə Azərbaycana dəstək nümayişi keçirilib.

Aksiya Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub.

Lüksemburq meydanında, Avropa Parlamentinin qarşısında toplaşan izdiham əllərində Azərbaycan və Türkiyə bayraqları daşıyıb.

Aksiyada “Bu, bizim birgə qələbəmizdir”, “Qarabağ Azərbaycandır” kimi şüarlar səsləndirilib.

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, nümayişin keçirilməsində məqsəd həmvətənlərinin Prezident İlham Əliyevə dəstəyini nümayiş etdirməkdir.

Mənbə: TRT