Messi Aqueroya müraciət etdi - FOTO

23:00 15-12-2021 14

PSJ-nin hücumçusu Lionel Messi bu gün karyerasını başa vurduğunu elan edən “Barselona”nın hücumçusu Serxio Aqueroya müraciət edib.

“Demək olar ki, bütün karyeramız birlikdə keçib, Kun... Biz birlikdə həm gözəl, həm də o qədər də xoş olmayan anlar yaşadıq. Lakin bu anlar bizi getdikcə daha da birləşdirdi, dostluğumuz daha da gücləndi. Biz meydandan kənarda da gözəl anlar yaratmağa davam edəcəyik.

Bu yaxınlarda Amerika Kubokunu qazanmağımızla böyük sevinc yaşadıq. Biz sənin İngiltərədəki nailiyyətlərinə tamaşa edirdik... Və indi səninlə baş verənlərdən dolayı ən çox sevdiyin işi dayandırmalı olduğunu görmək çox ağrılıdır. Təbii ki, sən xoşbəxt qalacaqsan, çünki xoşbəxtliyi yayan insansan. Sevdiklərin də səninlə olacaq.

Həyatının yeni mərhələsi başlayır və mən əminəm ki, sən bunu da gördüyün bütün işlərdə olduğu kimi təbəssüm və coşqu ilə yaşayacaqsan.

Bu mərhələdə sənə uğurlar!!! Mən səni çox sevirəm, dostum. Argentina millisində birgə matçlar və yaşadığımız anlar üçün darıxacağam!” – deyə Messi özünün “Instagram” səhifəsində yazıb.