İranlı həndbolçu dünya çempionatında yoxa çıxıb - FOTO

23:00 15-12-2021 4

İranlı həndbolçu Şahayiq Bapiri dünya çempionatında yoxa çıxıb.

Bu barədə Danimarkanın Sport.tv2.dk nəşri məlumat yayıb.

30 yaşlı idmançı naməlum istiqamətdə yoxa çıxıb və itkin düşmüş sayılır. Bunu Beynəlxalq Həndbol Federasiyası da təsdiqləyib.

Şahayiq İspaniyada keçirilən dünya çempionatında İran millisinin heyətində çıxış edib.

Bundan əvvəl eyni turnirdə Kamerun millisinin dörd oyunçusu yoxa çıxmışdı.