Türkiyə Ermənistan üzrə xüsusi nümayəndə təyin edib

23:00 15-12-2021 10

Türkiyənin Vaşinqtondakı keçmiş səfiri Sərdar Kılıç Ermənistanla normallaşma prosesində xüsusi nümayəndə təyin olunacaq.

Bu barədə hazırda BƏƏ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Nazir məsələni şərh edərkən “Vaşinqtondakı keçmiş səfirimiz Sərdar Kılıçı xüsusi nümayəndə təyin edəcəyik”, - deyə jurnalistlərə bildirib.

Mənbə: “Haber Global”