Aİ “Şərq Tərəfdaşlığı”na iki milyard avrodan çox vəsait ayıracaq

23:00 15-12-2021 3

Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına 2 milyard avrodan çox sərmayə qoymaq niyyətindədir.

Bunu Aİ Şurasının prezidenti Şarl Mişel Brüsseldə keçirilən “Şərq Tərəfdaşlığı” sammitindəki çıxışı zamanı deyib.

“Təklif etdiyimiz yeni gündəliyimiz iddialı iqtisadi və investisiya planı ilə dəstəklənir. O, iki milyard avrodan çox vəsaiti əhatə edəcək”, - deyə Mişel bildirib.

Mənbə: TASS