Almaniya rusiyalı diplomatları arzuolunmaz şəxs elan etdi

22:03 15-12-2021 9

Rəsmi Berlin Rusiya səfirliyinin iki əməkdaşını Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin qətli ilə bağlı işi görə “persona non-qrata” elan edib.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.

“Bu gün məhkəmə tərəfindən müəyyən edildiyi kimi, dövlət sifarişi ilə törədilən qətl Almaniya qanunlarının və Almaniya Federativ Respublikasının suverenliyinin kobud şəkildə pozulmasıdır”, - deyə nazir məlumat verilib.

Həmçinin, qeyd olunub ki, bu fakt ölkələr arasında dialoqu çətinləşdirəcək.

Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi də diplomatların ölkədən çıxarılması üçün cavab tədbirləri görüləcəyini bəyan edib. Yaxın vaxtlarda qurum bu məsələ ilə bağlı açıqlama verəcək.

Xatırladaq ki, 2019-cu ilin avqustunda 40 yaşlı Xanqoşvili Berlinin “Tierqarten” parkında güllələnib. Şəhər Ali Məhkəməsi rusiyalı Vadim Sokolovu (Krasikov) Xanqoşvilinin qətlində təqsirli bilib və ömürlük həbs cəzasına məhkum edib. Qətlin Rusiya hökumətinin göstərişi ilə törədildiyi bildirilib.

Rusiya güc strukturlarının məlumatına görə, Xanqoşvili Şimali Qafqazda terrorçuların gizli əməliyyatlarının fəal iştirakçısı, Şamil Basayev, Xəttab və digər liderlərin qruplaşmalarının üzvü olub. O, Beslanda məktəbə hücumun hazırlanmasında, 2004-cü ildə Moskva metrosunda qatarın partladılmasında və yüzlərlə insanın ölümünə səbəb olan digər terror aktlarında iştirak edib.

Mənbə: “RİA Novosti”