“Beşiktaş” yeni baş məşqçisini Portuqaliyada tapdı

22:02 15-12-2021 6

Bu günlərdə baş məşqçi Sergen Yalçınla yollarını ayıran “Beşiktaş” yeni mütəxəssisi Portuqaliyada tapdığı iddia olunur.

“Ağ-qaralar”ın portuqaliyalı mütəxəssis Bruno Pinheyro ilə demək olar ki, razılaşdığı bildirilir. B.Pinheyroya 1,5 illik müqavilə üçün 900 min avro ödəniləcəyi qeyd olunur.

Xatırladaq ki, hazırda baş məşqçi “Eştoril” klubunu çalışdırır.

Mənbə: Haber Global