Rüstəm Əhmədzadə “Qarabağ” FK-da - FOTO

22:02 15-12-2021 3

“Qarabağ” FK Rüstəm Əhmədzadə ilə müqavilə imzalayıb.

Bu barədə futbol klubun rəsmi “Facebook” hesabında paylaşım edilib.

Milli komandamızın üzvü Rüstəm Əhmədzadə Ukraynanın “Minay” klubundan transfer edilib. 20 yaşlı hücumçu ilə 2026-cı ilin iyunun 30-a qədər müqavilə bağlanılıb. O, komandamızda 97 nömrəli formada çıxış edəcək.