Göyçayda odlu silahla hədə-qorxu gələn şəxs saxlanılıb

22:01 15-12-2021 2

Göyçay rayonu Kürdəmiş kəndindəki soyuducu anbara qanunsuz daxil  olan naməlum şəxs üzərində olan ov tüfəngindən havaya atəş açıb və obyektin mühafizəçilərinə hədə-qorxu gəlib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiqəməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə cinayət əməlini törətməkdə şübhəli bilninən şəxsin  rayonun Bığır kənd sakini Elvin Rəşidov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Şəxsi axtarış zamanı E.Rəşidovdan narkotik vasitə olan tiryək və soyuq silah hesab edilən bıçaq da aşkarlanıb. Davam etdirilən tədbirlərlə E.Rəşidovun yaşadığı ünvana da baxış keçirilib. Oradan isə hadisə zamanı istifadə etdiyi, qanunsuz olaraq saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin  bir neçə maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.