Mariya Zaxarova: “Biz Azərbaycan və Ermənistan arasında birbaşa təmasların davam etdirilməsini alqışlayırıq”

22:00 15-12-2021 3

“Biz Azərbaycan və Ermənistan arasında birbaşa təmasların davam etdirilməsini alqışlayırıq”.

“Trend”-in məlumatına görə, bunu çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünün yekunlarını şərh edərkən deyib.

“İki liderin görüşü sözün əsl mənasında dünən axşam baş tutub. Görüşlə bağlı məlumatlar gəlməkdə davam edir. Mütəxəssislərimiz onları təhlil edirlər. Ümid edirik ki, Brüssel müzakirələrinin nəticələri Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əvvəlki görüşlərdə əldə etdikləri üçtərəfli razılaşmaların həyata keçirilməsinə töhfə verəcək”, - deyə Rusiya XİN rəsmisi bildirib.