Məktəb koronavirusa görə bağlandı

12:11 15-12-2021 12

Bakıda 36 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

milletinsesi.info-ın məlumatına görə, məktəbin bir neçə müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 36 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi milletinsesi.info-a məlumatı təsdiqləyib.