MOK-un şöbə müdiri: “Hazırda vitse-prezident deyiləm”

12:11 15-12-2021 4

“Hazırda mən qanunla Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti vəzifəsində deyiləm”.

Bunu milletinsesi.info-a Milli Olimpiya Komitəsinin İdman Şöbəsinin müdiri Həsənağa Rzayev deyib.

“O tədbiri mən aparırdım. Dünənki seçkidə Basketbol Federasiyasında yalnız prezident müəyyənləşdi. Ancaq vitse-prezidentlə bağlı bir söz deyilmədi. Bu məsələ aydınlıq federasiyanın yeni prezidenti Emin Əmrullayevin keçirəcəyi daxili iclasda bilinəcək. Həmin vaxt baş katib də müəyyənləşəcək. Hələ ki bu iclasın nə vaxt olacağı bilinmir”.  

Qeyd edək ki, Həsənağa Rzayev 2016-cı ildən Basketbol Federasiyasının vitse-prezidenti idi.

Səbuhi Musayev