UEFA turnirindən “Qarabağ”la bağlı sual - VİDEO

12:10 15-12-2021 7

Avropa Konfrans Liqasının “Instagram” səhifəsi “Qarabağ” barədə növbəti paylaşımını edib.

milletinsesi.info xəbər verir ki, turnirin rəsmi səhifəsi izləyicilərinə 1/16 final mərhələsində mübarizə aparacaq “Qarabağ”la bağlı sual ünvanlayıb.

Kadi Borqes, Abbas Hüseynov və İbrahima Vadjinin qrup mərhələsində vurduğu qolların, eyni zamanda Şahruddin Məhəmmədəliyevin seyvinin paylaşıldığı postun üzərində “Qarabağ” H qrupundan çıxdı. Onların ən yaxşı oyun nümayiş etdirən futbolçusu kimdir?” – sualı ilə izləyicilərə müraciət olunub.

Qeyd edək ki, “Qarabağ” pley-off mərhələsində fevralda Fransanın məşhur “Marsel” klubu ilə qarşılaşacaq.