Paytaxtın bəzi ərazilərində su olmayacaq

10:05 15-12-2021 3

Paytaxtın Xətai rayonu ərazisində içməli suyun verilişində fasilələr yaranacaq.

Bu barədə milletinsesi.info-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, rayonun Məhəmməd Hadi küçəsindən keçən magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.