Qohumlar arasında mübahisə ölümlə bitdi

10:04 15-12-2021 2

Dekabrın 14-ü saat 20:00 radələrində Ağstafa rayonu Köçəsgər kənd sakini 2001-ci il təvəllüdlü Çingiz Vəlizadənin bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla Köçəsgər kənd sakini 1998-ci il təvəllüdlü Əli Əsgərovun yaşadıqları kəndin ərazisindən keçən su kanalının yaxınlığında dayısı oğlu Çingiz Vəlizadə ilə şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı bıçaqla sonuncuya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əli Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.