Siyəzəndə iki qardaş qəzaya düşüb, biri ağır yaralanıb

10:03 15-12-2021 12

Siyəzən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, VAZ-2107 markalı avtomobilin dərəyə aşması nəticəsində iki qardaş xəsarət alıb.

Onlardan biri, 1994-cü il təvəllüdlü Musayev Musa Məmməd oğlunun xəsarəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.