Səyyahlara təyyarə ilə bağlı maraqlı bir sirr açıqlandı

09:00 15-12-2021 3

Səyyahlara təyyarələrlə bağlı maraqlı bir sirr açılıb. Belə ki, hava gəmisinin göyərtəsində temperaturun aşağı olmasının səbəbləri izah edilib. Məlum olub ki, bu, təyyarədə kifayət qədər oksigeni qorumaq üçün lazım imiş.

Bu barədə “ASTM International”ın tibbi araşdırmasından məlum olub.

Əldə edilən nəticələrə görə, sərnişinlərin hipoksiya kimi tanınan xəstəlik səbəbiylə uçuş zamanı huşunu itirmə ehtimalı yüksəkdir. Bu bədən toxumalarının kifayət qədər oksigen almadığı halda baş verir.

Bundan əlavə, təyyarənin salonunda yüksək təzyiq və yüksək temperatur səbəbindən insanın vəziyyəti pisləşir.

Belə hadisələrin sayını azaltmaq üçün aviaşirkətlər laynerlərin göyərtəsində aşağı temperatur təyin etmək qərarına gəliblər.

Mənbə: The Sun