Kaliforniyada “Omikron”a görə yenidən maska taxmaq məcburi oldu

08:03 15-12-2021 2

ABŞ-ın Kaliforniya ştatında yeni növ koronavirusa yoluxma hallarının artması ilə əlaqədar qapalı ərazilərdə maska ​​taxmaq məcburiyyəti yenidən tətbiq olunmağa başlayıb.

Ştat hökuməti yeni tənzimləmənin dekabrın 15-dən qüvvəyə minəcəyini açıqlayıb.

Qapalı yerlərdə maska ​​taxmaqla yanaşı, tibb işçilərinin, ictimai işçilərin, müəllimlərin və tələbələrin də peyvənd edilməsi tələb olunub.

ABŞ-da Vaşinqton, Oreqon, İllinoys, Nyu-Meksiko, Nevada və Havay ştatlarında qapalı yerlərdə maska ​​taxmaq məcburidir.

İyunun 15-də peyvənd olunmuş insanlar üçün dövlət miqyasında maska ​​tələbi qaldırılıb. Bununla belə, bütün ölkə ərazisində virusun “Omikron” ştammı aşkar edildikdən və yoluxmaların sayı artdıqdan sonra ştatda yerli hökumətlər tədricən maska tələbini tətbiq etməyə başlayıblar.

Təxminən 2 həftədir yoluxma sayının artdığı Kaliforniyada indiyədək 4 886 509 yoluxma hadisə qeydə alınıb, 74 685 nəfər isə virusa görə həyatını itirib.

Mənbə: Anadolu agentliyi