Qonşu ölkədə iki yaşından kiçik uşaqlar koronavirusa qarşı peyvənd olunacaq

08:03 15-12-2021 4

“Hər şey mərhələli şəkildə olacaq”

Bu sözləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü, virusoloq Aleksandr Qorelov deyib.

Onun sözlərinə görə, gələcəkdə Rusiya Federasiyasında iki yaşınadək uşaqlar koronavirusa qarşı peyvənd olunacaq.

“Lakin bu, yalnız bu yaş kateqoriyası üçün peyvənd sınaqlarının bütün lazımi göstəriciləri keçildikdən sonra baş verəcək”, - deyə o, vurğulayıb.

Qorelov Rusiyada hazırda 14-18 yaşlı uşaqlar üçün peyvənd sınaqlarının birinci və ikinci mərhələləri başa çatdığını bildirib.

“Növbəti qrup yeddi yaşa qədər, sonra iki yaşa qədər, daha sonra ikidən kiçikdir. Onların hər birində xüsusi peyvəndin hazırlanması üçün klinik sınaqların bütün mərhələləri keçirilməyənə qədər vaksinasiyaya icazə verilməyəcək”, - deyə o, bildirib.

Mütəxəssis əmin edib ki, valideynlərinin və ya qəyyumlarının razılığı olmadan uşaqlar heç vaxt COVID-19-a qarşı peyvənd edilməyəcək.

“Uşaqlar, eləcə də hamilə qadınlar xüsusi mühafizə olunan kateqoriyadır”, -  deyə Qorelov sözlərini yekunlaşdırıb.