Almaniyada koronavirus qadağalarına etiraz edən Santa-Klaus həbs edildi - VİDEO

08:03 15-12-2021 7

Almaniyanın Ştralzund şəhərində koronavirus məhdudiyyətlərinə və məcburi peyvəndləməyə qarşı aksiyada iştirak edən Santa-Klaus polislər tərəfindən saxlanılıb.

Qeyd olunur ki, Santa-Klaus kostyumunu geyinən kişinin əlində tutduğu plakatda ictimai yerlərdə maska və peyvənd sertifikatının tələb edilməsinə qarşı şüar yazılıb.

Həmçinin saxlanılan şəxsin özü də pandemiya ilə əlaqədar tətbiq edilən qaydaların heç birinə riayət etməyib.

Saxlanılan zaman etirazçı polisə müqavimət göstərib, özünü aqressiv aparıb və hökumət əleyhinə şüarlar səsləndirib.

Son məlumata görə, Santa-Klaus geyimində olan şəxs böyük məbləğdə cərimə olunacaq.

Mənbə: “Business-gazeta”