Günəş işığının immunitetə təsiri açıqlanıb - FOTO

08:02 15-12-2021 3

Kaliforniya Universitetinin alimləri günəş işığının immunitetə və dağınıq sklerozun inkişafına (xroniki otoimmun xəstəliyi) təsirindən danışıblar.

Tədqiqatın nəticələri “Neurology elmi” jurnalında paylaşılıb.

Alimlərin sözlərinə görə, gündəlik günəş işığı dağınıq skleroz və digər otoimmun xəstəliklərindən qoruya bilər.

Mütəxəssislər eksperimentdə dağınıq sklerozdan əziyyət çəkən 332 iştirakçı və 534 sağlam könüllünün birbaşa günəş işığında keçirdikləri vaxtı araşdırıblar. Nəticədə gündə yarım saatdan bir saata qədər günəşdə vaxt keçirənlərin dağınıq skleroz xəstəliyinə tutulma riskinin 52 faiz azaldığı müəyyən edilib.

Qeyd edək ki, dağınıq skleroz - xronik, vaxtaşırı kəskinləşən və pasiyentlərin müxtəlif dərəcədə əlilliyinə səbəb olan xəstəlikdir. Xəstəliyin başlanmasından 20 il sonra xəstələrin 60%-i sərbəst hərəkət edə bilmir.

O da bildirilir ki, günəş şüaları dəridəki immun hüceyrələrini stimullaşdırır, insanı otoimmun xəstəliklərdən qoruyan “D” vitamini balansı isə orqanizmi gücləndirir.

Elm adamları sağlamlığa faydalı təsir göstərdiyi və xəstəliyin inkişaf riskini azaltdığı üçün günəşli havada daha çox açıq havada gəzintiləri tövsiyə ediblər.