“Mançester Siti” “Lids Yunayted”in daşını daş üstdə qoymadı - VİDEO

08:02 15-12-2021 5

İngiltərə Premyer Liqasında XVII tura start verilib.

milletinsesi.info xəbər verir ki, “Mançester Siti” öz meydanında “Lids Yunayetd”i qəbul edib.

Görüş meydan sahiblərinin darmadağını ilə yekunlaşıb.

“Şəhərlilər” rəqibinin daşını daş üstdə qoymayıb – 7:0.

Bu nəticə ilə xallarının sayını 41-ə yüksəldən “Mançester Siti” liderliyini davam etdirib.