Ağstafada gənc oğlan bıçaqlanaraq qətlə yetirilib

22:00 14-12-2021 2

Ağstafa rayonunun Köçəsgər kəndində qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, 2001-ci il təvəllüdlü Çingiz Vəlizadə yaşadığı evin önündə ürəyindən bıçaq zərbəsi alıb. 

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.