Haitidə avtosistern partladı: 60 ölü, 47 yaralı

21:01 14-12-2021 5

Haitidə partlayış nəticəsində 60 nəfər həlak olub.

Hadisə ölkənin şimalında yerləşən Kap Aityen şəhərinin limanı yaxınlığında baş verib.

Şəhərin vitse-meri Patrik Almonorun sözlərinə görə, fövqəladə hadisədən əvvəl avtoqəza olub. Avtosisternin sürücüsü motosikletlə toqquşmadan qaçmağa çalışıb. Qəzadan sonra isə hadisə yerində olan 100-ə yaxın adam avtosisterndən axan yanacağı yığmağa çalışıb. Bu zaman da partlayış baş verib.

Yeril medianın məlumatına görə, ağır yaralanan 47 nəfər xəstəxanaya yerləşdirilib. Onlara lazımi köməklik göstərilir.

Mənbə: izvestia.ru