Bayramlara görə Bakı necə bəzənəcək? - AÇIQLAMA

19:01 14-12-2021 7

Paytaxtda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına hazırlıq işləri davam edir.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar Bakı Şəhər İcra  Hakimiyyəti və paytaxt rayonlarının İcra Hakimiyyətləri tərəfindən şəhərin müxtəlif  ərazilərində - parklarda, meydanlarda və küçələrdə hazırlıq işləri, yeni il atributlarının, işıq  installasiyalarının və digər bəzəklərin quraşdırılması prosesi aparılır. 

Eyni zamanda, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən paytaxtın 12 rayonu üzrə 20-yə yaxın ünvanda bayram yarmarkaları təşkil olunub. 

Bir daha paytaxt sakinlərindən xahiş edirik ki, Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda pandemiya ilə bağlı müəyyən edilmiş mövcud qaydalara və tələblərə uyğun hərəkət etsinlər, özlərini, ailə üzvlərini və yaxınlarını xəstəliyə yoluxmaqdan qorusunlar.