Anri Mbappeyə görə PSJ rəhbərliyini tənqid etdi

19:01 14-12-2021 4

Fransa millisinin sabiq hücumçusu Tyerri Anri Kilian Mbappe ilə bağlı yaranmış vəziyyətə görə PSJ-ni tənqid edib.

T.Anri hesab edir ki, Paris klubunun rəhbərliyi artıq bir neçə il əvvəldən K.Mbappe ilə bir masa arxasında əyləşib gələcək üçün planlama qurmalı idi.

“Bu, iki il əvvəldən həll edilməli idi. Düşünürəm ki, iki il əvvəldən bir masa arxasında əyləşib Mbappeyə: “Bu, sənin komandan olacaq, biz sənin ətrafında komanda quracağıq” deməliydilər. Amma indi onun taleyi doğrudan da öz əlindədir, o, istədiyi kluba gedə bilər”, - deyə 44 yaşlı sabiq futbolçu vurğulayıb.

Qeyd edək ki, dünyanın ən nüfuzlu idman nəşrləri Kilian Mbappenin tezliklə Paris klubunu tərk edəcəyini yazır. 22 yaşlı futbolçunun Madridin “Real” klubuna transfer olacağı ehtimal edilir.

Mənbə: Amazon