ÜST “Omikron”a görə ölüm hallarının artacağını gözləyir

19:01 14-12-2021 4

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Omikron” ştammı ilə xəstəxanaya yerləşdirilənlərin və ölüm hallarının sayının artacağını gözləyir.

Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib:

“Narahatlıq variantı ilə əlaqəli halların sayı artdıqca, biz bütün dünyada xəstəxanaya yerləşdirilənlərin və hətta ölümlərin sayı ilə bağlı məlumatların ortaya çıxacağını gözləyirik”.

Bundan əvvəl Böyük Britaniya “Omikron”dan ilk ölüm hadisəsini elan edib.

Eyni zamanda vurğulanıb ki, “Omikron”a yoluxanların klinik mənzərəsini tam başa düşmək üçün ölkələrin xəstəxanaya yerləşdirilən xəstələr haqqında ÜST-ün klinik məlumat platforması vasitəsilə paylaşacaqları əlavə məlumatlara ehtiyac var.

Mənbə: RİA Novosti