Rüstəm Əhmədzadə “Qarabağ”da tibbi baxışdan keçmək üçün Bakıda

19:00 14-12-2021 4

Millimizin və Ukraynanın “Minay” klubunun hücumçusu Rüstəm Əhmədzadə Bakıdadır.

milletinsesi.info xəbər verir ki, 20 yaşlı forvard “Qarabağ”a transferini rəsmiləşdirmək üçün paytaxtımıza gəlib.

Meta-ratings-com.ua-dan olan həmkarımız Artyom Omelyanenkonun yazdığına əsasən, Azərbaycan millisinin üzvü bu gün klubunda tibbi müayinədən keçməlidir.

Lakin “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə futbolçunun hələlik tibbi baxışdan keçmədiyini milletinsesi.info-a açıqlamasında bildirib.

Qeyd edək ki, Rüstəm Əhmədzadə Ukraynanın “Minay” klubu cari mövsüm 12 matç keçirib, 2 qol vurub və 1 məhsuldar ötürməyə imza atıb. Onun “Transfermarkt”da qiyməti 200 min avro kimi göstərilir.

Xatırladaq ki, daha əvvəl Rüstəm Əhmədzadə ilə Ukraynanın “Zarya” klubu və “Neftçi” də maraqlanıb.