Gürcüstanda Azərbaycanla sərhədə qədər yeni yolun tikintisinə başlanıldı

16:00 14-12-2021 8

Gürcüstanda Tbilisi-Saqareco avtomobil yolunun tikintisinə başlanılıb. Yeni yol Gürcüstanın paytaxtını Kaxetiya regionu ilə birləşdirəcək.

Bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Tbilisi-Saqareco yolu Azərbaycanın şimal-qərb bölgəsinə gedən tranzit dəhlizinin bir hissəsidir.

“Yeni yolun tikintisi yol hərəkətinin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq və gediş vaxtını azaldacaq. Layihə Kaxetiyada kənd təsərrüfatının və turizmin inkişafına dəstək verəcək və Gürcüstan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq”, - deyə Avtomobil Yolları Departamentinin məlumatında qeyd olunur.

Layihə dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.

Yolların layihələndirilməsi işləri Dünya Bankının maliyyə dəstəyi ilə yüksək ixtisaslı Avstraliya və ABŞ şirkətləri tərəfindən həyata keçirilib.

Mənbə: Newsgeorgia.ge