ABŞ Ukraynaya görə Avropaya hərbçi göndərmək məsələsini nəzərdən keçirir

15:18 14-12-2021 5

Amerika Birləşmiş Ştatlar Ukrayna ilə bağlı vəziyyət gərginləşəcəyi halda Şərqi Avropaya hərbçilərini göndərmək imkanlarını nəzərdən keçirir.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki danışıb.

“Əgər 2014-cü ilə baxsaq, görərik ki, NATO tərəfdaşımız olan bir çox ölkələr dəstək, hərbi iştirakı genişləndirmək və ya əlavə hərbçilərin yerləşdirilməsini istədilər”, - deyə C.Psaki bildirib.

Mənbə: RT