Mehmet Muş: “Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb”

14:00 14-12-2021 6

“Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə altı faiz artıb”. 

milletinsesi.info xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib. 

O bildirib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard dollara çatıb: 

“Qeyd etmək lazımdır ki, iki dövlət arasında investisiya layihələrinin həcmi də olduqca əhəmiyyətlidir. Azərbaycanla Türkiyə arasında 19,5 milyard dollarlıq investisiya həcmi var. Eləcə də, podratçılıq sahəsində hər iki ölkədə fəaliyyət göstərən şirkətlərimiz çoxsaylı layihələrdə iştirak edirlər”. 

Türkiyəli nazir qeyd edib ki, podratçı şirkətlər tərəfindən Azərbaycanda 15,4 milyard dəyərində 455 layihə yerinə yetirilib. Bu şirkətlər ölkə iqtisadiyyatına töhfə verməkdə davam edəcəklər”. 

Mehmet Muşun sözlərinə görə, ölkələr arasında dərin və inkişaf etmiş iqtisadi əlaqələr var və Bakı-Tbilisi-Ceyhan neft kəməri, Trans-Anadolu layihəsi bunun konkret nişanlarıdır, xüsusilə də hazırda enerji sahəsində əməkdaşlıq strateji əməkdaşlığa çevrilib: 

“Növbəti dövrdə fəaliyyətimiz ölkələr arasında gömrük prosedurlarının asanlaşdırılması və malların heç bir maneə olmadan ünvana çatdırılması istiqamətində olacaq. Bununla bağlı texniki fəaliyyətləri dərhal yekunlaşdırmağı planlaşdırırıq”.

Nihgar Məmmədova